
Çöl bayraqlarının hazırlanması və bayraq çapı
Rəsmi tədbirlərdə, şirkət binalarında, hotellərdə, biznes mərkəzlərində və müxtəlif açıq məkanlarda istifadə olunan çöl bayraqları həm reklam, həm də rəsmi təqdimat baxımından vacib vizual elementlərdən biridir. Şirkət loqosu, dövlət simvolları və korporativ dizayn elementləri ilə hazırlanan çöl üçün bayraqlar uzaq məsafədən görünməsi və açıq havada diqqət çəkməsi səbəbilə geniş istifadə olunur.
Müxtəlif ölçü və formalarda hazırlanan bayraq çapı xidmətləri istifadə ediləcək məkanın ölçüsünə və dirək sisteminə uyğun planlaşdırılır. Ən çox istifadə olunan standart ölçülər arasında 70×100 sm, 100×200 sm, 120×180 sm, 150×225 sm və 200×300 sm formatları yer alır. Daha böyük ölçülü xüsusi sifariş bayraqları da hazırlanması mümkündür. Kiçik ölçülü modellər əsasən bina girişləri və daxili həyətlər üçün istifadə olunduğu halda, daha böyük bayraqlar geniş açıq məkanlar və yüksək dirəklər üçün seçilir.
Çöl bayraqları istehsalında ən çox istifadə olunan materiallardan biri atlas parçadır. Atlas material daha parlaq səthi və estetik görünüşü ilə seçilir. Rənglərin daha canlı görünməsi səbəbilə əsasən tədbirlər, təqdimatlar və dekorativ məqsədli istifadə üçün üstünlük verilir.
Daha geniş istifadə olunan materiallardan biri isə raşel parçadır. Raşel bayraqlar küləyə və hava şəraitinə daha davamlı olması ilə seçilir. Yüngül strukturu sayəsində küləkdə daha rahat hərəkət edir və açıq hava şəraitində daha uzunömürlü istifadə imkanı yaradır. Bu səbəbdən dövlət qurumları, şirkət binaları və daimi açıq hava istifadəsi üçün əsasən rashel materiala üstünlük verilir.
Bayraq çapı zamanı sublimasiya texnologiyası geniş istifadə olunur. Bu üsul rənglərin parçaya daha keyfiyyətli işlənməsinə və uzun müddət solmadan qalmasına imkan yaradır. Şirkət loqosu, dövlət bayraqları və digər dizayn elementləri yüksək keyfiyyətlə çap edilir.
Bayraqların hazırlanmasında tikiş keyfiyyəti, kənar möhkəmləndirmələri və bağlama hissələri də xüsusi önəm daşıyır. Metal halqa, karabin və xüsusi tikiş sistemləri bayrağın dirəyə daha təhlükəsiz şəkildə bərkidilməsini təmin edir.
Keyfiyyətli hazırlanmış çöl bayraqları şirkətin və ya təşkilatın daha rəsmi, peşəkar və görünən təqdim olunmasına kömək edən vacib vizual məhsullardan biridir.






