Qutular, menyular və digər cildləmə məhsulları

Dəri qutular

Adətən premium və lüks məhsullar üçün istifadə olunur. Onlar möhkəm, estetik və toxunuşa xoş gələn materialdan hazırlanır.

Karton qutular

Ekoloji dostu qablaşdırma növüdür. Onlar müxtəlif ölçü və formalarda hazırlanır, rəngli çap və dekorativ elementlərlə fərdiləşdirilə bilər.

Dəri və Karton qutular

Hədiyyə qutuları məhsul və hədiyyələrin estetik, təhlükəsiz və təqdimatlı şəkildə qablaşdırılması üçün istifadə olunur. Qutu istehsalı zamanı məhsulun ölçüsünə və çəkisinə uyğun olaraq müxtəlif qalınlıqda karton və digər materiallar seçilir. İstehsal prosesində kəsmə, laminasiya, laklama, folqa və digər çap texnologiyalarından istifadə edilə bilər.
Qutu cildləmə qutunun üz hissəsinin xüsusi kağız, dizayn kağızı, dəri və ya parça materiallarla örtülməsi prosesidir. Bu üsul qutuya daha premium və möhkəm görnüş verir. Karton qutular həm sərt (rigid) qutu, həm də qatlanan qutu görnüşündə hazırlana bilər və ekoloji cəhətdən əlverişli qablaşdırma sayılır.
Hədiyyə qutuları əsasən korporativ hədiyyələr, promo məhsullar, kosmetika, ətir, tekstil, şirniyyat və müxtəlif satış məhsullarının qablaşdırılması üçün istifadə olunur və brend loqosu ilə fərdiləşdirilə bilər.

Məruzə qovluqları

Məruzə qovluqları və dəri qovluqlar sənədlərin qorunması, təqdimatı və korporativ istifadə üçün nəzərdə tutulmuş poliqrafiya məhsullarıdır. Məruzə qovluqları əsasən karton materialdan hazırlanır, üzərində şirkət loqosu, məlumatlar və dizayn elementləri çap edilə bilər. Bu qovluqlar təqdimatlar, müqavilələr, sənəd paketləri və rəsmi yazışmalar üçün geniş istifadə olunur. Dəri qovluqlar xüsusi üzlük materialı ilə hazırlanan, davamlı və estetik görünüşə malik qovluqlardır. Adətən süni və ya təbii dəri materialdan hazırlanır, üzərinə loqo embos, folqa və ya UV çap üsulu ilə tətbiq olunur.

Menyular və çek kitabları

Menyular və çek kitabları restoran, kafe və otellərdə istifadə olunan vacib çap və təqdimat məhsullarıdır. Menyu çapı zamanı menyular brend dizaynına uyğun hazırlanır, müxtəlif ölçü, kağız və üzlük materialları seçilə bilər. Menyular laminasiya, lak və ya digər qoruyucu örtüklərlə daha uzunömürlü edilir.
Dəri menyular daha premium seqment üçün istifadə olunur və əsasən restoran, hotel və lounge məkanlarda üstünlük verilir. Dəri üzlüklü menyular həm estetik görünüş yaradır, həm də uzun müddət istifadə üçün davamlı olur. Çek kitabları (checkbook) da menyulara uyğun dizaynda hazırlanaraq hesabın müştəriyə səliqəli və peşəkar təqdim olunması üçün istifadə edilir.
Korporativ görüşlərdə, təqdimatlarda və rəsmi sənədlərin təqdim olunmasında istifadə edilir və şirkətin korporativ imicini tamamlayan aksesuarlardan hesab olunur. İstehsal zamanı müxtəlif çap və üzləmə texnologiyalarından istifadə olunur: ofset çap, rəqəmsal çap, UV çap, folqa basma, embos (basma loqo), lak və laminasiya. Bu üsullar qovluğun daha keyfiyyətli, davamlı və korporativ üsluba uyğun hazırlanmasını təmin edir. Məruzə qovluqları əsasən şirkətlər, banklar, sığorta şirkətləri, hotellər və digər korporativ qurumlar tərəfindən sənəd təqdimatı, müqavilə qovluqları və korporativ hədiyyə məqsədilə istifadə olunur.

Fəsliyyət sahələrimizlə bağlı yeniliklərdən anında xəbərdar olmaq üçün abunə olun.